Yuxarı

Bakıda daşınar əmlakın yüklülüyü ilə bağlı müzakirələr olacaq

Tədbir  Azərbaycan Banklar Assosiasiyası və IFC-nin birgə təşkilatçılığı ilə baş tutacaq

Bakı. 19 avqust. REPORT.AZ/ Sentyabrın 14-də Bakıda “Azərbaycanda maliyyə infrastrukturunun təkmilləşdirilməsi üzrə məsləhət xidmətləri Layihəsi” çərçivəində "Daşınar əmlakın yüklülüyü islahatı” adlı konfrans keçiriləcək. Bu barədə "Report" Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadən xəbər verir.

Məlumata görə, tədbir ABA-nın və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) birgə təşkilatçılığı ilə baş tutacaq. Konfransda daşınar əmlakın yüklülüyü əsasında maliyyələşmə (təminatlı əqdlər) sahəsində islahata olan zəruriyyət, hazırlanmış qanun layihəsinin vacib müddəaları, uğurlu xarici təcrübənin ölkəmizdə tətbiqi barədə təqdimatlar nümayiş etdiriləcək.

Xatırladaq ki, daşınar əmlakın girov kimi göstərilməsində məqsəd orta və kiçik sahibkarlara kreditin verilməsini rahatlaşdırmaq, ödəmə qabiliyyəti olan, amma girov qismində daşınmaz əmlaka sahib olmayan şəxslər üçün yeni imkanlar yaratmaqdır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi