Yuxarı

Bakıda beynəlxalq sığorta forumu keçirilir

Bakıda VII Azərbaycan Beynəlxalq Sığorta Forumu işə başlayıb


Bakı. 23 iyun.REPORT.AZ/ Bu gün Bakıda VII Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2016) işə başlayıb. 

"Report"un verdiyi xəbərə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) təşkilatçılığı ilə keçirilən tədbirdə 20 ölkədən 200-dən çox şirkət və təşkilatın nümayəndəsi iştirak edir.

İki gün davam edəcək forumda Azərbaycanvə regionun sığorta bazarıüçün aktual olan mövzular - "Nəzarət mexanizmləri: meqa requlyator və yakKlassik requlyator", "Azərbaycan sığorta bazarının yeni reallıqları - nəzarət orqanının baxışları və proqnozları", "Regionda makroiqtisaditendensiyalar və onların sığorta bazarına təsiri", "Hazırkı mühitdəsığorta bazarının inkişafı üzrə prioritet istiqamətlər və yeni nəzarətüsulları", "Hazırkı reallıqda Azərbaycan və regionun sığorta bazarınıninkişafı üçün yeni həllər", "Sığorta tənzimlənməsində və nəzarətindəyeni yanaşmalar" kimi mövzulara toxunulacaq.

Tədbirdə təkrarsığorta mövzusu da diqqət mərkəzində olacaq – "Təkrarsığortaya yeni baxış", "Regionda böhran şəraitindətəkrarsığorta həlləri", "Təkrarsığorta bazarının qlobaltendensiyaları", "Təkrarsığorta bazarı sığorta bazarının inkişafı vədiversifikasiyasına necə kömək edə bilər", "Hazırkı reallıqda təkrarsığortanın sığorta şirkətlərinin maliyyə stabilliyində rolu" vədigər mövzular üzrə müzakirələr aparılacaq.

Sığorta forumunda kənd təsərrüfatı sığortası, bu sahədə beynəlxalq təcrübə və modellər, risklərin adekvat qiymətləndirilməsi və risklərin əhatə olunması üçün əsas həllər, regionlar üzrə kənd təsərrüfatı sığortası modelləri, bu sahənin dövlət tərəfindən tənzimlənməsi kimi məsələlər diqqət mərkəzində olacaq.

Eləcə də forumda avtomobil sığortası, bu sahədə zərərin qiymətləndirilməsi üzrə tariflər və sistemlər, proseslərin elektronlaşdırılması, yeni satış kanalları ilə bağlı təqdimat və çıxışlar olacaq.

"AİİF-2016"-da yeni sığorta məhsullarının yaradılması, həyat sığortası,bank sığortası, bu sahədə banklarla əməkdaşlıq, paket sığorta məhsullarının inkişafı və bununla əlaqədar mövzular üzrə müzakirələr, təqdimatlar və çıxışlar nəzərdə tutulur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi