Bakıda beynəlxalq istiqraz konqresi keçiriləcək

Bakıda beynəlxalq istiqraz konqresi keçiriləcək Mayın 21-22-də Bakıda MDB və Baltika ölkələrinin XII istiqraz konqresi keçiriləcək
Maliyyə
27 Fevral , 2015 12:09
Bakıda beynəlxalq istiqraz konqresi keçiriləcək

Bakı. 27 fevral. REPORT.AZ/ Bu il mayın 21-22-də Bakıda MDB və Baltika ölkələrinin növbəti, XII istiqraz konqresi keçiriləcək.

"Report"un tədbirin əsas təşkilatçısı olan "Cbonds" təşkilatına istinadən verdiyi xəbərə görə, MDB və Baltika ölkələrinin istiqraz konqresinin tədbirində Rusiya, Qazaxıstan, Belarus və digər MDB ölkələrində daxili istiqraz bazarının hazırkı vəziyyəti, eləcə də inkişaf perspektivləri müzakirə olunur.

Konqresdə dünya banklarının nümayəndələri, investisiya şirkətləri, infrastruktur təşkilatları və digərləri daxil olmaqla 350 nəfər iştirak edir.

Konqres artıq 12-ci dəfə keçirilir. Bu müddət ərzində iştirakçılar Rusiya, Monteneqro, Ukrayna, Belarus, Azərbaycan, Litva, Latviya, Qazaxıstanda səfərdə olublar. Bundan əvvəl Bakıda konqres 2007-ci ildə keçirilib.



Son xəbərlər

Orphus sistemi