​Bakıda Azərbaycanın pensiya təminatı sistemində islahatların qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib

​Bakıda Azərbaycanın pensiya təminatı sistemində islahatların qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib Dünya Bankı: Azərbaycan bu pensiya islahatlarını da uğurla həyata keçirəcək
Maliyyə
30 Sentyabr , 2015 11:41
​Bakıda Azərbaycanın pensiya təminatı sistemində islahatların qiymətləndirilməsi mövzusunda təqdimat keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakıda Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dünya Bankının (DB) birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasının pensiya təminatı sistemində islahatların aktual qiymətləndirilməsi" mövzusunda təqdimat keçirilib. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə DSMF-nin sədri Elman Mehdiyev açıb. O, Azərbaycanda sosial sığorta sahəsində aparılan islahatlardan danışıb.

Daha sonra DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko və Bankın sosial müdafiə və əmək üzrə baş iqtisadçısı Zoran Anuşiç çıxış ediblər.

Z.Anuşiç çxışında sosial müdafiə sistemində islahatlar aparılmazsa, dövlət xərclərinin arta biləcəyini deyib: "Hesab edirəm ki, Azərbaycan bu pensiya islahatlarını da uğurla həyata keçirəcək. Çünki bu, Azərbaycan üçün ilk islahat deyil, artıq üçüncüdür və birinci islahatın nəticələrinə əsaslanaraq deyə bilərik ki, bu islahatlar da uğurlu olacaq".

DSMF sədri E.Mehdiyev isə aparılacaq pensiya islahatlarına təsir edən əsas amillərin demoqrafik vəziyyət və miqrasiya məsələsi olduğunu qeyd edib: "Hazırda inkişafda olan ölkələrin əhalisinin əsas hissəsi gənclərdir, amma miqrasiya problemləri ilə üzləşirlər. Bu baxımdan, arxayın ola bilmərik ki, əhalimizin əsas hissəsi gəncdir. Yəni, biz onların əmək münasibətlərindəki rolunu tədqiq etməliyik. İslahatlara təsir edən digər məsələ isə makroiqtisadi göstəricilərdir".

DSMF sədri hesab edir ki, islahatlar aparılmazsa, əvəzetmə əmsalı aşağı düşə bilər və əlavə fiskal təsirlər yarana bilər: "Öz öhdəliyimizi uğurla yerinə yetiririk. Azərbaycanda orta aylıq əmək haqqı ilə pensiya həddi uyğun gəlir. Nəzərə almaq lazımdır ki, əhalinin sosial sığorta haqqı ödəməyən 40%-ni də pensiya ilə təmin edirik. Əgər islahat aparılmazsa, həmin insanların pensiya ilə təminatında problem yarana bilər və inflyasiya, həmçinin digər fiskal problemlər yaranar".

Son xəbərlər

Orphus sistemi