Bakıda Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakıda Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub Bakı. 13 iyul. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.
Maliyyə
13 İyul , 2018 11:39
Bakıda Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı. 13 iyul. REPORT.AZ/ Vergilər naziri Mikayıl Cabbarov Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir. 

Nazir vergi sistemində aparılan son struktur islahatları barədə ətraflı məlumat verib. Görüşdə Azərbaycanda iqtisadi sahədə aparılan islahatlar, ölkələrarası ticarətin genişlənməsi, investisiyaların yatırılması və əməkdaşlıq məsələlərinə toxunulub.

Tərəflər Azərbaycan və Yaponiya arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi