​Bakıda Azərbaycan investisiya sammiti keçirilir

​Bakıda Azərbaycan investisiya sammiti keçirilir Əli Abbasov: "Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır"
Maliyyə
17 Mart , 2015 09:53
​Bakıda Azərbaycan investisiya sammiti keçirilir

Bakı. 17 mart. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan İnvestisiya Sammiti işə başlayıb. "Report" xəbər verir ki, tədbiri giriş sözü ilə tədbirin əsas təşkilatçısı olan "The Economist" jurnalının redaktoru Con Endryus (John Andrews) açıb.

Dünyada və regionda baş verən son prosesləri şərh edən C.Endryus qeyri-neft sektorunun inkişaf perspektivlərindən danışıb. 

Azərbaycanın neft qiymətlərinin ucuzlaşmasından sarsılmadığını deyən rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov informasiya-kommunikasiya sahəsində görülən işlər barədə məlumat verib: "Bu gün ixracımızın 93%-i neft və neft məhsullarından asılıdır. Hesab edirəm ki, biz bu asılılığı azaltmalıyıq. Məqsədimiz neftdən asılı olmayan iqtisadiyyat qurmaqdır. Bunun üçün də neçə illərdir iş gedir".

Azərbaycanın MDB ölkələri arasında lider olduğunu deyən Ə.Abbasov hazırda aktiv internet istifadəçilərinin sayının 72-73% olduğunu deyib: "Azərbaycan aktiv IP siyahısında 49-cu yerə qalxıb. Biz, həmçinin 2017-ci ildə üçüncü kosmik peyki kosmosa çıxaracağıq və əsas məqsədimiz 2020-ci ildə əhalinin 95%-ni sürətli internetə əlçatan etməkdir".

Son xəbərlər

Orphus sistemi