Bakıda "Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq" mövzusunda konfrans keçirilir

Bakıda "Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq" mövzusunda konfrans keçirilir Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq mövzusunda elmi-praktiki konfrans keçirilir.
Maliyyə
28 Fevral , 2018 10:47
Bakıda Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq mövzusunda konfrans keçirilir
Report

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün Bakıda "Azərbaycan dövlətinin iqtisadi siyasətində şəffaflıq" mövzusunda elmi-praktiki konfrans keçirilir.

"Report"un verdiyi xəbərə görə, məqsəd ölkədə həyata keçirilən iqtisadi islahatlar və şəffaflığın artırılması istiqamətində görülən işlər barədə müzakirələr aparmaqdır.

Tədbirin əsas təşkilatçısı olan Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, şəffaflıq iqtisadiyyatda rəqabət mühitinin, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yüksək dəyərləndirilir və ölkənin rəqabət qabiliyyətliliyi, ölkəyə cəlb olunan xarici investisiyalar şəffaflıqdan asılıdır.

Konfransda iştirakçılar adından aprelin 11-də keçiriləcək prezident seçkilərində dövlət başçısı İlham Əliyevin namizədliyinin dəstəklənməsi barədə bəyanat qəbul edilib. Bəyanatda bildirilir ki, ötən illər ərzində Azərbaycanda auditin əldə etdiyi uğurlar ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsinə xidmət etməsi, ölkədə auditin inkişafına güclü siyasi dəstəyin mövcudluğu ilə əlaqədardır.

"Azərbaycanda milli audit sistemi beynəlxalq standartlara uyğun bərqərar olub, auditor xidmətlərinin həcmi, əhatə dairəsi genişlənib, şəffaflığın artırlmasında, korrupsiyaya qarşı mübarizədə, iqtisadi inkişafda auditorların rolu artıb. Auditorlar Paltası 35-dən çox ölkənin auditor və mühasibatlıq təşkilatları ilə əməkdaşlıq sazişləri, memorandumlar imzalayıb, bir sıra beynəlxalq təşkilatlara tamhüquqlu üzv qəbul olunub", - bəyanatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi