Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi tvinninq layihəsinin aralıq konfransı keçirilir

Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi tvinninq layihəsinin aralıq konfransı keçirilir Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi “Hesablama Palatasının İnstitusional və İnzibati potensialinin gücləndirilməsi” mövzusunda tvinninq layihəsinin aralıq konfransı işə başlayıb.
Maliyyə
29 Aprel , 2019 12:07
Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi tvinninq layihəsinin aralıq konfransı keçirilir

Bakıda Avropa İttifaqının maliyyələşdirdiyi “Hesablama Palatasının İnstitusional və İnzibati potensialinin gücləndirilməsi” mövzusunda tvinninq layihəsinin aralıq konfransı işə başlayıb.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov açıq elan edib. 

O, 2017-ci ilin noyabr ayından həyata keçirilən layihənin məramı və əhəmiyyəti, beynəlxalq səviyyədə və Aİ tərəfindən qəbul edilmiş qabaqcıl təcrübələr əsasında Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı (INTOSAI) tərəfindən müəyyən edilmiş kənar dövlət audit standartlarına uyğun olaraq Hesablama Palatasının institusional və inzibati potensialını gücləndirməyə xidmət edən əldə olunmuş nəticələr barədə danışıb. 

27 aylıq layihənin ümumi məqsədi Hesablama Palatasının öz mandatını həyata keçirmək üçün mövcud imkanlarını yaxşılaşdırmaq və beləliklə Azərbaycanda dövlət maliyyə idarəçiliyi sahəsində hesabatlılığın, şəffaflığın, nəzarətin və hesabatların təkmilləşdirilməsinə töhfə verməkdir. Layihənin I mərhələsini benefisiar ölkəni təmsil edən Azərbaycanın Hesablama Palatası və Aİ-yə üzv dövlət (MS) qismində Polşanın Ali Audit Ofisi (NIK) həyata keçirir.

Konfransda layihənin tərəfdaşı kimi Polşa Ali Audit Ofisinin prezidenti Kşiştov Kvyatkosvski çıxış edib. 

Aİ nümayəndəliyinin rəhbəri, Səfir Kęstutis Jankauskas və Polşanın Azərbaycandakı səfiri Marek Całka öz çıxışlarında layihənin əhəmiyyətini vurğulayıblar.

Polşa Ali Audit Ofisinin Vitse-Prezidenti və Aİ-yə üzv dövlətin nümayəndəsi qismində layihənin rəhbəri Voysex Kutila layihənin başlandığı 2017-ci ilin noyabrından bəri görülən işlər barədə məlumat verib və bu Layihənin həm də hər iki qurumun qarşılıqlı əməkdaşlığını gücləndirdiyini qeyd edib. 

Son xəbərlər

Orphus sistemi