Yuxarı
    Bağlamaq

    “Bakı Sığorta”nın Direktorlar Şurasının üzvlərinin sayı azaldılıb

    Şirkətin səhmdarı DŞ-nı tərk edib

    Bakı. 5 aprel. REPORT.AZ/ “Bakı Sığorta” ASC-nin Direktorlar Şurasının (DŞ) üzvlərinin sayı 5-dən 3-ə endirilib.

    Bu barədə “Report”a şirkətdən bildirilib.

    Məlumata görə, bununla əlaqədar “Bakı Sığorta”nın səhmdarlarından biri olan Murad Arif oğlu Rəhimov DŞ-dan kənarlaşdırılıb. Xatırladaq ki, bundan əvvəl şirkətin əsas səhmdarı olan “Bank Respublika” ASC-nin İdarə Heyətinin keçmiş sədri Xədicə Həsənova da DŞ-nı tərk edib.

    Hazırda rəhbərlikdə Elçin Saday oğlu Quliyev (“Bank Respublika”nın Müşahidə Şurasının üzvü - DŞ-nın sədri), Cəmil Böyükağa oğlu Məmmədov və Elmar Aydın oğlu Abasov təmsil olunur.

    Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə "Tural Sığorta" adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8 925 440 manatdır. Şirkətin səhmlərinin 57,9785%-i “Bank Respublika”ya, hər biri 9,375% olmaqla "Diamond Motors", "Subaru Azerbaijan" və "Yeni Motor" MMC-lərə, 6,9653%-i M. Rəhimova, 6,9312%-i Behbud Çingiz oğlu Nəcəfova məxsusdur.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi