"Bakı Sığorta"nın daxilolmaları kəskin azalıb

"Bakı Sığorta"nın daxilolmaları kəskin azalıb Bununla yanaşı, şirkətin həyata keçirdiyi ödənişlər 57% azalıb
Maliyyə
14 İyun , 2016 09:42
Bakı Sığortanın daxilolmaları kəskin azalıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Bakı Sığorta" ASC-nin yığımları 430,098 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,2 dəfə azdır.

Hesabat dövründə "Bakı Sığorta"nın ödənişləri də azalıb. Belə ki, şirkət 5 ay ərzində 367,397 min manat ödəniş həyata keçirib. Bu isə illik müqayisədə 57,4% azdır.

Göründüyü kimi, 2016-cı ilin yanvarında "Bakı Sığorta" topladığı hər 100 manat sığorta haqqının 85,4 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-may aylarında 62,3% olub.

Son xəbərlər

Orphus sistemi