Yuxarı
    Bağlamaq

    Bakı Metropoliteninin zərəri 3 dəfəyə yaxın artıb

    Şirkət 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də dövlət büdcəsindən 38 mln. manat dotasiya alıb

    Bakı. 1 iyun. REPORT.AZ/ “Bakı Metropoliteni” QSC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 2,336 mlrd. manat təşkil edib.

    “Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,9% çoxdur.

    2016-cı ildə metronun cəmi kapitalı 6,5% artaraq 2,271 mlrd. manata, o cümlədən nizamnamə kapitalı 8,7% artaraq 2,581 mlrd. manat, cəmi öhdəlikləri isə 31% azalaraq 65 mln. manat olub.

    Ötən il “Bakı Metropoliteni”nin gəlirləri 90,5 mln. manat olub. Bu əvvəlki ilə nisbətən cəmi 62 min manat azdır. 2015-ci ildə olduğu kimi, 2016-cı ildə də metronun gəlirlərinin 38 mln. manatlıq hissəsini dövlət büdcəsindən ayrılmış dotasiya təşkil edib. Nəqliyyat qurumunun sərnişindaşımadan gəliri 744 min manat və yaxud 1,7% azalaraq 42,3 mln. manat olub, sair əməliyyat gəliri isə 7,1% artaraq 10,2 mln. manat olub.

    2016-cı ildə “Bakı Metropoliteni”nin xərcləri isə 169,2 mln. manat olub. Bu isə 2015-ci illə müqayisədə 42,3% çoxdur. Metronun xərclərinin əsas hissəsini amortizasiya xərcləri təşkil edib. Bu istiqamətdə 90,2 mln. manat xərclənib ki, bu da illik müqayisədə təxminən 95% çoxdur. Ötən il nəqliyyat qurumu işçi heyətinə isə 40,6 mln. manat xərcləyib. Bu da əvvəki ilə nisbətən 5,2% azdır. Şirkətin istifadə etdiyi elektrin enerjisinə görə xərci isə 9,1 mln. manat olub ki, bu da illik müqayisədə 19% çoxdur.

    Son nəticədə “Bakı Metropoliteni” ötən ili 78,7 mln. manat zərərlə baş vurub. Bu isə əvvəlki illə müqayisədə 2,8 dəfə çoxdur. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi