Bakı Metropoliteni üçün nəzərdə tutulan subsidiya 50% artırılıb

Bakı Metropoliteni üçün nəzərdə tutulan subsidiya 50% artırılıb Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 45,0 mln. manat həcmində subsidiya ayrılacaq.
Maliyyə
26 Dekabr , 2017 11:43
Bakı Metropoliteni üçün nəzərdə tutulan subsidiya 50% artırılıb

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanın 2018-ci il dövlət büdcəsindən “Bakı Metropoliteni” QSC-yə 45,0 mln. manat həcmində subsidiya ayrılacaq.

“Report” bu barədə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Prezidentinin fərmanına istinadən xəbər verir.

Qeyd edək ki, parlamentdə müzakirə olunan büdcə layihəsində bu subsidiyanın məbləği ilkin olaraq 89 mln. manat qeyd olunub.

Bildirək ki, 2017-ci ilin dövlət büdcəsində “Bakı Metropoliteni” QSC-yə verilən subsidiya 30,0 mln. manat təşkil edib. Bu da 2018-ci ildə Cəmiyyətə ayrılan yardımın 50% artmasını göstərir.

Bundan başqa, 2018-ci ilin dövlət büdcəsində “Azərbaycan Hava Yolları” QSC-yə 10,0 mln. manat subsidiya verilməsi nəzərdə tutulub. Həmçinin, Bakı Nəqliyyat Agentliyinə 48,1 mln. manat, Dövlət Dəniz Adminstrasiyasına 4,472 mln. manatın ayrılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi