Yuxarı
    Bağlamaq

    ​"Bakı Futbol Klubu"nun dövlətə 75 min manat vergi borcu yaranıb

    Bu, işçilərin əmək haqqından tutulan 14%-lik vergi borcudur

    Bakı. 23 aprel. REPORT.AZ/ Azərbaycan Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyicilərinin siyahısını dərc edib. "Report" xəbər verir ki, vergi borcu olanlar arasında "Bakı Futbol Klubu" MMC-nin adı da yer alıb.

    “Bakı”nın vitse-prezidenti Yaşar Seyidov “Report”a verdiyi açıqlamada məlumatı təsdiq edib və bu borcun işçilərin əmək haqqından tutulmalı olan 14%-lik vergi tutulmasına görə yarandığını deyib: "İşçilərin əmək haqqından tutulmalı olan 14%-lik vergi borcumuz var. Borcumuzu ödəmək üçün möhlət almışıq. Borcun məbləği isə o qədər də çox deyil. Bu, təxminən 75 min manat civarındadır".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi