Bakı Fond Birjasının “Listinq Məsləhət Proqramı”na daha bir şirkət qoşulub

Bakı Fond Birjasının “Listinq Məsləhət Proqramı”na daha bir şirkət qoşulub Bakı. 7 noyabr. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanda kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında kollektiv sazişə yeni tərəfdaş qoşulub.
Maliyyə
7 Noyabr , 2017 15:30
Bakı Fond Birjasının “Listinq Məsləhət Proqramı”na daha bir şirkət qoşulub
Report

Bakı. 7 noyabr. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) Azərbaycanda kapital bazarlarından maliyyələşməyə dəstək və yerli kapital bazarlarının təşviqinə yönəlmiş – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında kollektiv sazişə yeni tərəfdaş qoşulub.

“Report” BFB-yə istinadən xəbər verir ki, söhbət audit və konsaltinq xidmətləri göstərən “Grant Thornton International” (GTI) şirkətinin Azərbaycandakı bölməsindən gedir.

Bununla əlaqədar Birjanın İdarə Heyətinin sədri Vüqar Namazov və “GTI Azerbaijan”ın idarəedici partnyoru Farouk Mohamed arasında LMP-yə qoşulma haqqında saziş imzalanıb. Sənədə əsasən, GTI şirkəti BFB-yə müraciət etmiş emitentlərə kapital bazarından maliyyələşmə istiqamətində ödənişsiz tövsiyə və təlim xidmətləri təqdim edəcək, birgə əməkdaşlıq çərçivəsində müxtəlif tədbirlər təşkil edəcək.

Xatırladaq ki, LMP ölkə prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq olunmuş “Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində Maliyyə Bazarlarına Nəzarət Palatasının dəstəyi və BFB-nin müvafiq strategiyasına uyğun həyata keçirilir. Proqramın məqsədi kapital bazarı vasitəsi ilə şirkətlərə dayanıqlı maliyyələşməyə dəstək göstərmək və Azərbaycan kapital bazarlarını təşviq etməkdir.

LAP çərçivəsində şirkətlərə kapital bazarlarından effektiv maliyyələşmənin təmin edilməsi istiqamətində maliyyə, audit, hüquq, investisiya, ictimaiyyətlə əlaqələr üzrə zəruri dəstəkləyici xidmətlər təqdim edilir. BFB-nin LAP layihəsi üzrə tərəfdaşları ölkənin audit, investisiya, hüquq, ictimaiyyətlə əlaqələr sahələri üzrə ixtisaslaşmış qabaqcıl şirkətləridir.

LAP xidmətlərindən istifadə etmək üçün Azərbaycanda fəaliyyət göstərən istənilən yerli şirkət BFB-yə müraciət edə bilər. LMP çərçivəsində göstərilən xidmətlərdən istifadə ödənişsizdir.

GTI dünyanın aparıcı mühasibat və konsaltinq təşkilatlarından biridir. Bu cür təşkilatlar özəl biznes qurumlarını və ictimai əhəmiyyətli qurumlara maliyyə rəyi, vergi və mütəxəssis məsləhəti xidmətləri göstərir. Şirkətin üzv və müxbir firmaları ilə 120-dən çox ölkədə 35 000-dən çox işçi heyəti ilə birlikdə yüksək keyfiyyətli və fərdi xidmətlər göstərir. 

Son xəbərlər

Orphus sistemi