Bakı Fond Birjasının komissiya və komitələrinin tərkibi yenilənib

Bakı Fond Birjasının komissiya və komitələrinin tərkibi yenilənib Bakı. 11 noyabr. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) komissiya və komitələrinin tərkibində dəyişikliklər olub.
Maliyyə
11 Noyabr , 2017 10:12
Bakı Fond Birjasının komissiya və komitələrinin tərkibi yenilənib
Report

Bakı. 11 noyabr. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) komissiya və komitələrinin tərkibində dəyişikliklər olub.

Bu barədə "Report" Birjanın rəsmi internet səhifəsinə istinadən xəbər verir.

Dəyişikliklərə əsasən, Kəmalə Məmmədzadə BFB-nin Səlahiyyətli Treyderlərin Attestasiyası Komissiyasına üzv seçilib.

Bundan başqa, Birjanın Listinq Komitəsində Abdulla İsayev və Pərviz Ahənginin yerinə Əli Orucov və Rəxşəndə Əlili, Audit Komitəsində isə Şaban Qasımovun yerinə Anar Dadaşov təyin edilib.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", “Azərbaycan Sənaye Bankı” (ASB), "Kapital Bank", "Azərbaycan Beynəlxalq Bankı" və ləğv prosesində olan "United Credit Bank" ASC-lər), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (“Borsa İstanbul”) var. ASB istisna olmaqla, digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə Birjada 9,52% payla təmsil olunub. 

Son xəbərlər

Orphus sistemi