Yuxarı

Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Dövlət qiymətli kağızlar bazarının həcmində 30 dəfəyə yaxın azalma olub

Bakı. 11 dekabr. REPORT.AZ/ Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə bağlanan əqdlərin ümumi həcmi 8 235 779,4 min manat təşkil edib.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 27,1% azalma deməkdir.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi 28 dəfədən çox azalaraq 579,3 mln. manatdan 20,5 mln. manata enib. Pay bazarı 3,4 dəfə azalaraq 929,0 mln. manatdan 276,4 mln. manata düşüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi