​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb BFB-də yanvar-oktyabr aylarında bağlanan əqdlərin ümumi həcmi 19% azalıb
Maliyyə
12 Noyabr , 2015 16:15
​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr ayı ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 7 955,397 mln. manat təşkil edib. 

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, bu da illik müqayisədə 19,1% azalma deməkdir.

Hesabata əsasən, bu müddətdə dövlət qiymətli kağızlar bazarının həcmi 26,4 dəfə azalaraq 20,5 mln. manata enib. Pay bazarının həcmi isə 3 dəfədən çox azalaraq 276,1 mln. manat, borc alətləri bazarı 37,4% azalaraq 1,647 mlrd. manat olub. 

Eyni zamanda, törəmə alətlər bazarı bu müddətdə 2,6 dəfə artaraq 5,893 mlrd. manat təşkil edib. 

Son xəbərlər

Orphus sistemi