​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb Dövlət qiymətli kağızları bazarında 30 dəfəlik azalma qeydə alınıb
Maliyyə
5 Yanvar , 2016 12:15
​Bakı Fond Birjasının dövriyyəsi kəskin azalıb

Bakı. 5 yanvar. REPORT.AZ/ Bakı Fond Birjasında (BFB) 2015-ci il ərzində bütün alətlər üzrə keçirilən əqdlərin ümumi həcmi 8 455 507 732 manat təşkil edib. Bu da 2014-cü ilin analoji göstəricisi ilə müqayisədə 35,6% azdır.

"Report"un BFB-yə istinadən verdiyi xəbərə görə, bu müddətdə dövlət qiymətli kağızları bazarı 2014-cü illə müqayisədə 29,6 dəfə azalaraq 615,8 mln. manatdan 20,8 mln. manata düşüb. Pay bazarı isə 3,7 dəfə azalma ilə 1 029,1 mln. manatdan 279,5 mln. manata enib.

Bu müddətdə borc alətləri bazarı 1,8 dəfə azalaraq 1,8 mlrd. manat, törəmə alətlər bazarı isə 38,3% artaraq 6,2 mlrd. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi