Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb

Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11,728 mlrd. manat təşkil edib.
Maliyyə
12 İyul , 2018 10:30
Bakı Fond Birjasının dövriyyəsi 3 dəfəyə yaxın artıb
Report

Bakı. 12 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11,728 mlrd. manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 58,6% artaraq 60 264-ə çatıb.

BFB-nin dövriyyəsinin 41,35%-i və yaxud 4,85 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Törəmə maliyyə alətləri bazarının həcmində illik 2,2 dəfə artım qeydə alınıb.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 5,4 dəfə artaraq 6,007 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 9,5 dəfə azalaraq 69 mln. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 8,9% azalaraq 337 mln. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 40,3 dəfə artaraq 466 mln. manat olub. 

Son xəbərlər

Orphus sistemi