Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox artıb

Bakı Fond Birjasının dövriyyəsi 2 dəfədən çox artıb Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 574,9 mln. manat təşkill edib.
Maliyyə
14 Noyabr , 2017 10:18

Bakı. 14 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 9 574,9 mln. manat təşkill edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 71,3% artaraq 66 573-ə çatıb.

BFB-nin dövriyyəsinin 46%-i və yaxud 4 401,01 mln. manatı törəmə maliyyə alətlərinin hesabına düşüb. Bu, bir il əvvələ nisbətən 22,2% çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 8,4 dəfə artaraq 3 800,6 mln. manata, səhm bazarı üzrə əqdlərin dəyəri 5,7 dəfə artaraq 667,9 mln. manata, istiqraz bazarı üzrə əqdlərin dəyəri 3,05 dəfə artaraq 693,8 mln. manata, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 5,6 dəfə artaraq 11,6 mln. manata çatıb.  

Son xəbərlər

Orphus sistemi