Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb

Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb BFB-də bütün maliyyə alətləri üzrə bağlanılan əqdlərin ümumi dəyəri 4,4 mlrd. manata çatıb
Maliyyə
6 İyul , 2017 17:10
Bakı Fond Birjasının dövriyyəsi 2,4 dəfə artıb
Report

Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə keçirilən əqdlərin ümumi həcmi 4 363 mln. manat təşkil edib.

"Report" BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarının həcmi illik müqayisədə 4,3 dəfə artaraq 1 106,4 mln. manata çatıb. Bunun da 330,2 mln. manatını Maliyyə Nazirliyinin dövlət istiqrazları, 776,2 mln. manatını isə Azərbaycan Mərkəzi Bankının notları təşkil edib.

Son bir ildə pay (səhm) bazarının həcmi 100,8 dəfə artaraq 650,5 mln. manata, borc (istiqraz) bazarının həcmi isə 10,4 dəfə artaraq 395,0 mln. manata yüksəlib. Hesabat dövründə törəmə maliyyə alətləri bazarının (forex) həcmi isə 41,7% artaraq 2,2 mlrd. manat təşkil edib.

Bu ilin ilk 6 ayı ərzində repo əməliyyatlarının həcmi isə 11,6 mln. manat təşkil edib. Qeyd edək ki, ötən ilin müvafiq dövründə bu növ əməliyyatlar həyata keçirilməyib.

Son xəbərlər

Orphus sistemi