​Bakı Fond Birjasında yeni təyinat olub

​Bakı Fond Birjasında yeni təyinat olub Beləliklə, BFB-nin İH üzvlərinin sayı 3-ə çatıb
Maliyyə
14 İyun , 2016 16:28
​Bakı Fond Birjasında yeni təyinat olub

Bakı. 14 iyun. REPORT.AZ/ Bu gün Bakı Fond Birjası QSC-nin (BFB) səhmdarlarının ənənəvi illik yığıncağı keçirilib. 

"Report"un əldə etdiyi məlumata görə, yığıncaqda BFB-nin İdarə Heyətinə (İH) yeni üzv seçilib. Bu, ölkə prezidentinin fərmanı ilə ləğv edilmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İnformasiya texnologiyaları və təminat şöbəsinin sabiq müdiri Elçin Behbudovdur.

Beləliklə, BFB-nin İH üzvlərinin sayı 3-ə çatıb. İH-nı Fariz Əzizov rəhbərlik edir. İH-nin digər üzvü isə Vüqar Namazovdur.

Son xəbərlər

Orphus sistemi