Yuxarı

​Bakı Fond Birjası USD/RUB əməliyyatlarını məhdudlaşdırıb

Bakı Banklararası Valyuta Birjasında isə rubl ilə əməliyyat xeyli vaxtdır aparılmır

Bakı. 18 dekabr. REPORT.AZ/ Beynəlxalq bazarlarda USD/RUB valyuta cütlüyünün aşağı likvidlik səbəbindən bu törəmə valyuta aləti ilə marja ticarətini təşkil edən Bakı Fond Birjasinın (BFB) ticarət sistemində alış sifarişlərinin açılması məhdudlaşdırılıb.

“Report”un verdiyi xəbərə görə, bu barədə BFB-nin yaydığı məlumatda bildirilir. 

Sözügedən valyuta cütlüyündə öncədən alış sifarişləri olan müştərilər bu əməliyyatları istənilən vaxt bağlaya bilərlər.

"BFB-da USD/RUB valyuta cütlüyündə alış sifarişlərinin yenidən bərpası ilə bağlı tərəfimizdən əlavə olaraq açıqlama veriləcək”, - məlumatda bildirilir.

Bakı Banklararası Valyuta Birjası isə hər hansı məhdudlaşdırıcı tədbir görməyib: "Birjada AZN/RUB aləti olsa da, son 1-2 il ərzində bazar iştirakçıları bu istiqamətdə əmliyyat aparmayıblar".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi