Yuxarı

“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıb

​“Bakı Fond Birjası”nın dövriyyəsi 2% azalıb

Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 12 138,92 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,75% azdır.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 5,9% artaraq 4 428 olub.

BFB-nin dövriyyəsinin 84,7%-i və yaxud 10 285,445 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 7,25% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 23,6% artaraq 884,712 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 75,7% artaraq 968,763 milyon manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi