Yuxarı

“Bakı Fond Birjası”nın dövriyyəsi 14%-dən çox artıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 14%-dən çox artıb

Bu ilin yanvar-iyul aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 8 682,804 mln manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 6,9% artaraq 2 940 olub.

BFB-nin dövriyyəsinin 87,4%-i və yaxud 7 585,217 mln manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 15,3% çoxdur.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 20,05% azalaraq 406,063 mln manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 37,5% artaraq 691,524 mln manat olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi