“Bakı Fond Birjası”nın dövriyyəsi 1% artıb

“Bakı Fond Birjası”nın dövriyyəsi 1% artıb Bu ilin yanvar-sentyabr aylarında Bakı Fond Birjası QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 007,996 milyon manat təşkil edib.
Maliyyə
7 Oktyabr , 2019 11:05
“Bakı Fond Birjası”nın dövriyyəsi 1% artıb

Bu ilin yanvar-sentyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 007,996 milyon manat təşkil edib.

“Report” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,45% çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 5,1% artaraq 3 399 olub.

BFB-nin dövriyyəsinin 84,6%-i və yaxud 9 315,33 milyon manatı dövlət qiymətli kağızlarının payına düşüb. Bu, illik müqayisədə 3,4% azdır.

Hesabat dövründə korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 28,1% artaraq 849,748 milyon manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri 54,5% artaraq 842,918 milyon manat olub.

İngilis versiyası BSE turnover rises 1%

Son xəbərlər

Orphus sistemi