“Bakı Fond Birjası”nda fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib

“Bakı Fond Birjası”nda fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib “Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında fyuçers törəmə maliyyə alətlərinin ticarətə buraxılması layihəsi üzrə Birja və üzvlərindən ibarət işçi qrupu yaradılıb.
Maliyyə
22 İyul , 2019 11:16
“Bakı Fond Birjası”nda fyuçerslərin ticarətə buraxılması layihəsinə start verilib

“Bakı Fond Birjası” QSC-nin (BFB) ticarət platformasında fyuçers törəmə maliyyə alətlərinin ticarətə buraxılması layihəsi üzrə Birja və üzvlərindən ibarət işçi qrupu yaradılıb.

“Report” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumatda həmçinin deyilir ki, layihəyə Maliyyə Bazarlarına Nəzarət Palatasıdəstək verib.

Fyuçers törəmə maliyyə alətlərinin standartlaşdırılmış formada fond birjası vasitəsilə ticarətə buraxılmasının əsas üstünlüyü xarici valyuta üzərindən əməliyyat aparan bazar iştirakçıları üçün valyuta risklərinin idarə olunması və minimallaşdırılması üçün hedcinq imkanları yaratmasıdır. Maliyyə bazarlarında valyuta risklərinin azaldılmasının əsas prioritetlərindən biri olduğunu nəzərə alaraq, fyuçers tipli alətlərin investorlar, xüsusilə banklar, tərəfindən yüksək tələbatla qarşılanması gözlənilir. Hecinq imkanları ilə yanaşı fyuçers törəmə maliyyə alətlərinin ticarəti investorlar üçün əlavə gəlir mənbəyi formalaşdırmağa şərait yaradır.

Müxtəlif növ investorlar tərəfindən fyuçers tipli yeni alətlərə marağın göstərilməsi həmçinin fond birjasında ticarət üzrə likvidliliyin artmasına və bazar qiymətlərinin daha effektiv müəyyən olunmasına səbəb olacaq. 

Son xəbərlər

Orphus sistemi