Bakı Fond Birjası iki bankın qiymətli kağızları ilə ticarəti dayandırıb

Bakı Fond Birjası iki bankın qiymətli kağızları ilə ticarəti dayandırıb Bu, “EuroBank” və “Azərbaycan Kredit Bankı” ASC-dir
Maliyyə
16 İyul , 2015 17:53
Bakı Fond Birjası iki bankın qiymətli kağızları ilə ticarəti dayandırıb

Bakı. 16 iyul. REPORT.AZ/ Bakı Fond Birjası müvafiq sorğuların cavablandırılmasınadək “Eurobank” ASC və “Azərbaycan Kredit Bankı” ASC-nin qiymətli kağızları ilə mütəşəkkil ticarəti dayandırıb.

"Report"un verdiyi xəbərə görə, birja ticarətin dayandırılmasını emitentlərin lisenziyalarının ləğv edilməsinin qiymətli kağızlarla ticarət, eləcə də investorların mənafelərinin qorunması üçün mühüm fakt olmasını nəzərə alaraq edib. 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin qərarı ilə “EuroBank” və “Azərbaycan Kredit Bankı”nın bank lisenziyaları ləğv edilib.

Son xəbərlər

Orphus sistemi