Yuxarı
    Bağlamaq

    ​Bakıda kapital bazarlarının inkişaf etdirilməsi ilə bağlı təlimlər keçirilib

    Tədbir “Kapital bazarlarının müasirləşməsi Layihəsinin “Potensialın inkişafı” komponenti üzrə təşkil olunub

    Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən təlimlər keçirilib. Bu barədə “Report”a Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) İctimaiyyətlə əlaqələr Departamentindən məlumat verilib.

    Təlimlərdə almaniyalı ekspert tərəfindən QKDK, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının əməkdaşlarına strateji baxış və idarəetmə, missiya və vəzifələr, strategiyanın hazırlanmasında iyerarxiya, strateji idarəetmə üçün daxili resursların əhəmiyyəti, eləcə də uğurlu strategiyanın təmin edilməsində istedadlı kadr idarəetməsinin rolu haqqında ümumi məlumatlarla yanaşı, formalaşmış nəzəri və praktik biliklər təqdim edilib.

    Təlimlər Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramının (2011-2020-ci illər) icrası üçün zəruri texniki, təşkilati, məlumat dəstəyini təmin edən “Kapital bazarlarının müasirləşməsi Layihəsi"nin “Potensialın inkişafı” komponenti üzrə nəzərdə tutulmuş kadr potensialının səmərəli fəaliyyətinin gücləndirilməsi və iş təcrübəsinin artırılması istiqamətlərində həyata keçirilir.

    Qeyd edək ki, QKDK-nın Kapital Bazarı üzrə Təlim Mərkəzi tərəfindən ilin sonuna qədər müxtəlif istiqamətlərdə təlimlərin davam etdirilməsi nəzərdə tutulub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi