Yuxarı

​Bağlanan banklardakı əmanətlər üzrə kompensasiyalar ödənildikdən sonra ƏSF-nin 15 mln. manatı qalacaq

Bunu ƏSF-nin icraçı direktoru Azad Cavadov bildirib

Bakı. 3 fevral. REPORT.AZ/ Azərbaycanda indiyədək lisenziyası ləğv olunan kommersiya banklarının hər bir üzrə sığorta hadisəsi təsdiqlənərək əmanətçilərə kompensasiyalar ödənilərsə, Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) aktivində 14,7 mln. manat həcmində vəsait qalacaq.

"Report" xəbər verir ki, bunu ƏSF-nin icraçı direktoru Azad Cavadov bu gün keçirdiyi mətbuat konfransında bildirib: "Əgər digər banklarda da sığorta hadisəsi olarsa, biz vəsaitləri ödəyəcəyik və 14,7 mln. manat vəsaitimiz qalacaq".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının qərarı ilə bu il "Bank of Azerbaijan", "Gəncəbank", "United Credit Bank", "Atrabank", "Qafqaz İnkişaf Bankı" və "Texnikabank" ASC-nin lisenziyası ləğv edilib. Bunlardan "Bank of Azerbaijan" üzrə artıq kompensasiyaların ödənilməsinə başlanılıb, "Gəncəbank" üzrə sabah başlayır, "United Credit Bank" üzrə isə sığorta hadisəsi təsdiqlənib.

Xatırladaq ki, bu ilin əvvəlinə ƏSF-nin ümumilikdə 132 mln. manat həcmində aktivi olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi