Baden-Baden sığorta forumunda “Azərbaycan Gecəsi” keçirilib

Baden-Baden sığorta forumunda “Azərbaycan Gecəsi” keçirilib Forumda Azərbaycanı ASA, İSB və 10 sığorta şirkəti təmsil edir
Maliyyə
25 Oktyabr , 2016 12:53
Baden-Baden sığorta forumunda “Azərbaycan Gecəsi” keçirilib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Baden-Baden şəhərində (Almaniya) sığortaçıların ənənəvi illik beynəlxalq forumu çərçivəsində “Azərbaycan Gecəsi” keçirilib. "Report"un Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən verdiyi xəbərə görə, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi dəstəyi ilə ASA tərəfindən təşkil olunan “Azərbaycan Gecəsi”ndə 30-a yaxın ölkədən 240-a yaxın nümayəndə iştirak edib.

Tədbirdə Azərbaycanı ASA, İcbari Sığorta Bürosu (İSB) və 10 sığorta şirkətini 20 nəfərlik nümayəndə heyəti təmsil edib. Gecədə çıxış edən ASA-nın sədri Orxan Bayramov Azərbaycanın sığorta bazarı, buradakı inkişaf və bazarın perspektivləri barədə məlumat verib. Azərbaycanın milli elementləri ilə bəzədilmiş tədbir məkanında qonaqlar Azərbaycan musiqisi və milli mətbəxi ilə də tanış olublar.

Qeyd edək ki, Baden-Baden sığorta forumunda Azərbaycanın sığorta şirkətləri və sığorta qurumlarının xarici tərəfdaşları ilə çoxsaylı müxtəlif işgüzar görüşləri nəzərdə tutulub. Görüşlərdə yeni partnyorların tapılması, təkrarsığorta risklərinin ötürülməsi, müxtəlif sığorta məhsulları üzrə təcrübə mübadiləsi, eləcə də Azərbaycan sığorta bazarında yeni məhsulların tətbiqi imkanları ilə bağlı müzakirələr aparılacaq.

Son xəbərlər

Orphus sistemi