​Azərbaycanda bankların xarici öhdəlikləri 28% artıb

​Azərbaycanda bankların xarici öhdəlikləri 28% artıb Xarici öhdəliklər bankların passivlərinin 19%-ni təşkil edir
Maliyyə
4 Noyabr , 2014 09:26
​Azərbaycanda bankların xarici öhdəlikləri 28% artıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 988,5 mln. manat və ya 27,7% artaraq 2014-cü il oktyabrın 1-nə 4 562,4 mln. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin əvvəlindən xarici öhdəliklərin həcmi 422,2 mln. manat və ya 10,2% artıb:

Beləliklə, xarici öhdəliklər bankların passivlərinin 19,4%-ni təşkil edir. Dünya praktikasında qəbul edilən normalara görə, bu göstərici böyük deyil. Qeyd edək ki, xarici öhdəliklərin həcm və xüsusi çəkisinin yüksək olması bank sistemi üçün müəyyən təhlükələr yaradır. Bu təhlükələr tək xarici debitorlar tərəfindən vəsaitlərin vaxtından əvvəl geri çağırılması ilə bağlı deyil, həm də ümumiyyətlə xarici maliyyələşmədən asılılıqla əlaqədardır. Ümumilikdə, son dünya maliyyə və iqtisadi böhranı göstərib ki, hər hansı ölkənin maliyyə sisteminin xarici maliyyələşmədən asılılığı azdırsa, həmin ölkədə böhranın təsiri də az olub. Qeyd edək ki, Azərbaycan banklarının xarici maliyyələşmədən asılılığının aşağı olması səbəbindən böhranın bank sisteminə mənfi təsiri çox az olub.

Son xəbərlər

Orphus sistemi