​Azərbaycanda bank depozitlərinin həcmi azalıb

​Azərbaycanda bank depozitlərinin həcmi azalıb Azalma əmanətlər və qeyri-maliyyə təşkilatlarının depozitləri hesabına baş verib
Maliyyə
3 Noyabr , 2014 12:26
​Azərbaycanda bank depozitlərinin həcmi azalıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilmiş depozitlərin ümumi həcmi 2014-cü il oktyabrın 1-nə 14 531,5 mln. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 21,8%, o cümlədən, ilin əvvəlindən 16,5% artıb, sentyabr ayında isə 0,7% azalıb.

Depozitlərin tərkibində 6 959,7 mln. manat və ya 47,8% ev təsərrüfatlarının depozitlərinin (əmanətlər) payına düşür. Əmanətlərin həcmi 2013-cü il oktyabrın 1-nə nisbətən 11,6% artıb.

Eyni zamanda, hüquqi şəxslərin depozitlərinin həcmi bu ilin oktyabrın 1-nə 7 571,8 mln. manata bərabər olub. Bu göstərici illik müqayisədə 33,0% artıb. Hüquqi şəxslərin depozitlərinin tərkibində 4 085,6 mln. manat və ya 54,0% maliyyə təşkilatlarının depozitləri, 3 486,2 mln. manat və ya 46,0% qeyri-maliyyə təşkilatlarının depozitlərinin payına düşür.

Sentyabrda müşahidə olunan azalma əmanətlərin və qeyri-maliyyə təşkilatlarının depozitləri hesabına baş verib. Belə ki, ümumi azalma 108,3 mln. manat təşkil etdiyi halda, əmanətlər 33,1 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri 138,3 mln. manat azalıb. Aydındır ki, maliyyə təşkilatlarının depozitləri artıb və artım 63 mln. manata bərabər olub.

Son xəbərlər

Orphus sistemi