​Azərbaycanın cari transfertlərində mənfi saldo yaranıb

​Azərbaycanın cari transfertlərində mənfi saldo yaranıb Mənfi saldonun həcmi 66 mln. dollara çatıb
Maliyyə
15 Sentyabr , 2014 08:29
​Azərbaycanın cari transfertlərində mənfi saldo yaranıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ Azərbaycanın tədiyyə balansında əks olunan cari transfertlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi həcmi 2014-cü ilin yanvar-iyun ayları ərzində 1 789,4 mlrd. ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu məbləğin 861,6 mln. dollarını və ya 48,2%-ni ölkəyə daxilolmalar, 927,8 mln. dollarını və ya 51,8%-ni isə ölkədən transfertlər təşkil edir.

Beləliklə, cari transfertlər əməliyyatlarında 66,2 mln. dollar həcmində mənfi saldo yaranıb, halbuki ötən ilin yarımili üzrə 6,0 mln. dollar məbləğində müsbət saldo müşahidə olunub.

Qeyd edək ki, ölkəyə daxil olan transfertlərin həcmi 19,2%, ölkədən həyata keçirilən transfertlər isə 29,4% artıb.

Cari transfertlər üzrə ümumi daxilolmaların 92,7%-ni xarici ölkələrdən fiziki şəxslərə köçürülən pul baratları, 3,7%-ni ölkəyə gətirilən humanitar mallar, 3,6%-ni isə digər daxilolmalar təşkil edir.

Son xəbərlər

Orphus sistemi