Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8% artıb

Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8% artıb Bu ilin yanvar-avqust aylarında Vergilər Nazirliyi dövlət büdcəsinə 4,845 mlrd. manat həcmində vergi və rüsumların ödənilməsini təmin edib
Maliyyə
11 Sentyabr , 2014 11:39
Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 8% artıb
Bakı. 11 sentyabr. REPORT.AZ/ Cari ilin yanvar-avqust aylarında Azərbaycanda Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 4 844,9 mln. manat təşkil edib ki, bu da ötən il müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 8% çoxdur. 

Nazirlikdən "Report"a bildirilib ki, bu məbləğin 33,9%-i mənfəət vergisi, 27,3%-i əlavə dəyər vergisi, 12,9%-i fiziki şəxslərin gəlir vergisi, 10,7%-i aksizlər, 15,2%-i isə digər vergilərin payına düşür. 

Vergilər Nazirliyində həmçinin qeyd ediblər ki, qeyri-neft sektoru üzrə büdcəyə 2 769,017 mln. manat daxil olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,1% çoxdur. Ümumilikdə, hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə büdcə daxilolmalarının 57,2%-ni qeyri-neft sektoru təmin edib. 

Son xəbərlər

Orphus sistemi