​Azərbaycanda bankların xarici öhdəliklərinin artımı davam edir

​Azərbaycanda bankların xarici öhdəliklərinin artımı davam edir Lakin xarici öhdəliklərin həcmi hələlik təhlükəsiz səviyyədədir
Maliyyə
9 Oktyabr , 2014 05:22
​Azərbaycanda bankların xarici öhdəliklərinin artımı davam edir

Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 1 144,9 mln. manat və ya 33,7% artaraq 2014-cü il sentyabrın 1-nə 4 543,4 mln. manat təşkil edib. “Report”un xəbər verdiyi kimi, Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin əvvəlindən xarici öhdəliklərin həcmi 403,2 mln. manat və ya 9,7% artıb:

Qeyd edək ki, ölkənin bank sisteminin xarici amillərdən asılılığı, müəyyən xarici sarsıntılara davam gətirmə qabiliyyətinin qiymətləndirilməsi üçün bankların xarici öhdəliklərinin ümumi passivlərdə xüsusi çəkisi kimi göstərici nəzərə alınır. Azərbaycanda bu göstərici 19,3% təşkil edir ki, bu da dünya praktikasında qəbul edilən müəyyən normalar, inkişafda olan ölkələrin müfaviq göstəriciləri ilə müqayisədə kiçik rəqəmdir. Aydındır ki, xarici öhdəliklərin həcmi nə qədər yüksək olarsa, xarici maliyyə bazarlarındakı sarsıntalardan asılılığı bir o qədər çox olar. 

Son xəbərlər

Orphus sistemi