​Azərbaycanda avro manatla paritetdən aşağı düşüb

​Azərbaycanda avro manatla paritetdən aşağı düşüb Avronun rəsmi məzənnəsi 0,9998 AZN/EUR-a enib
Maliyyə
26 Sentyabr , 2014 06:21
​Azərbaycanda avro manatla paritetdən aşağı düşüb

Bakı. 26 sentyabr. REPORT.AZ/. Bu gün Azərbaycanda avronun rəsmi məzənnəsi 0,9998 AZN/EUR səviyyəsinə düşüb. “Report”un xəbər verdiyi kimi, sonuncu dəfə avro manatla paritetdən aşağı həddə 2012-ci il noyabrın 15-də enib.

Həmin tarixdən bu günə kimi avronun manata qarşı maksimal məzənnəsi bu ilin martın 13-də müşahidə olunub və 1,0932 manat təşkil edib:

Həmin müddət ərzində avronun rəsmi məzənnəsi böyük dəyişkənlik nümayiş etdirib ki, bu da Avrozonada baş verən iqtisadi və siyasi hadisələrin nəticəsi olub. Ümumilikdə, avronun manata qarşı məzənnəsi avronun dollara qarşı məzənnəsinin dinamikasına tam uyğun olaraq dəyişir. Belə ki, hazırda avronun dollara qarşı məzənnəsi 1,2745 dollara bərabərdir və sonuncu dəfə bu dərəcədə aşağı məzənnə 2012-ci il noyabrın 14-də müşahidə olunub. Eyni zamanda, bu müddət ərzində avronun maksimal məzənnəsi bu ilin martın 12-də qeydə alınıb və 1,39 dollara bərabər olub:

Azərbaycan Mərkəzi Bankı ölkədə dolların manata qarşı məzənnəsinin sabitliyini qorumaq məqsədi ilə avro-dollar cütlüyünün dəyişkənliyini avro-manat cütlüyünə keçirir. Nəticədə, avronun dollara qarşı ucuzlaşması (və ya bahalaşması) avronun manata qarşı ucuzlaşmasında (və ya bahalaşmasında) əks olunur. Eyni zamanda, dolların manata qarşı məzənnəsinin tam sabitliyi qorunub saxlanılır. Beləliklə, Azərbaycanda dolların manata qarşı məzənnəsi inzibati üsulla, avronun məzənnəsi isə dollar-avronun dinamikasına uyğun təyin edilir. 

Son xəbərlər

Orphus sistemi