Azərbaycan əhalisinin gəlirləri 5% artıb

Azərbaycan əhalisinin gəlirləri 5% artıb Adambaşına düşən gəlirlərin orta aylıq həcmi 320 manat olub
Maliyyə
11 Sentyabr , 2014 10:35
Azərbaycan əhalisinin gəlirləri 5% artıb
Bakı. 11 sentyabr. REPORT.AZ/. Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin gəlirləri illik müqayisədə 5,1% artaraq 24,0 mlrd. manata çatıb. "Report"un xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Gəlirlərin hər nəfərə düşən həcmi 2 559,9 manat və ya orta aylıq 320 manat təşkil edib. Əhalinin hər nəfərinə düşən gəlirlərin artım tempi inflyasiyanı 2,4 faiz bəndi üstələyərək 3,8% olub.

Bu dövr ərzində gəlirlərin 70,2%-i son istehlaka, 9,1%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqları, 2,7%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,0%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 21,8 mlrd. manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,6% artıb.

Son xəbərlər

Orphus sistemi