Azərbaycan Beynəlxalq Bankının aktivləri 22% artıb

Azərbaycan Beynəlxalq Bankının aktivləri 22% artıb Bank son bir ildə kreditləşməni 25% artırıb
Maliyyə
17 Oktyabr , 2014 16:40
Azərbaycan Beynəlxalq Bankının aktivləri 22% artıb
Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 22% artaraq 2014-ci il oktyabrın 1-nə 8,39 mlrd. manata çatıb. Bu barədə "Report"a Bankın mətbuat xidmətindən məlumat verilib.

Bankın kredit portfeli illik müqayisədə 24,6% artaraq 6,062 mlrd. manata çatıb. Fiziki şəxslərə verilmiş kreditlər 639,3 mln. manat təşkil edib.

Hesabat dövründə əhalinin bankdakı əmanətlərinin həcmi 1,601 mlrd. manata bərabər olub ki, bu da 2013-cü il oktyabrın 1-nə nisbətən 4,9% çoxdur.

Bankın məcmu kapitalı il ərzində 27,6% artaraq 986,8 mln. manata çatıb. Azərbaycan Beynəlxalq Bankının nizamnamə kapitalının həcmi 568,3 mln. manata çatdırılıb.

Bu ilin ilk 9 ayında ABB-nin gəlirləri 438,7 mln. manat, xalis mənfəəti isə 44,7 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi