​Azərbaycan Beynəlxalq Bankı yeni bankomatlar quraşdırıb

​Azərbaycan Beynəlxalq Bankı yeni bankomatlar quraşdırıb Bu il Azərbaycanda quraşdırılan yeni bankomatların 64%-i ABB-nin payına düşür
Maliyyə
28 Avqust , 2014 17:51
​Azərbaycan Beynəlxalq Bankı yeni bankomatlar quraşdırıb

Bakı. 28 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) tərəfindən 2014-cü ilin yanvar-avqust aylarında ölkənin 35 yaşayış məntəqəsində yeni bankomatlar (ATM) quraşdırılıb. Bu barədə “Report”a ABB-nin mətbuat xidmətindən məlumat verilib.

Bunun nəticəsində ABB-nin bankomatlarının ümumi sayı 725-ə çatdırılıb. Bu isə ölkədə olan bankomatların ümumi sayının 29,2%-i deməkdir. Lakin bu il quraşdırılan bankomatlar isə Azərbaycanda olan digər banklar tərəfindən ilin əvvəlindən quraşdırılan ATM-lərin ümumi sayının 64%-ni təşkil edir.

Həmçinin, hesabat dövründə ABB 2 448 ticarət və xidmət müəssisəsində POS-terminallar quraşdırmaqla, bu tip cihazların ümumi sayını 7 399 ədədə çatdırıb.

Son xəbərlər

Orphus sistemi