​Azərbaycan bank əmanətləri 15% artıb

​Azərbaycan bank əmanətləri 15% artıb Lakin ötən illə müqayisədə artım tempi azalıb
Maliyyə
1 Sentyabr , 2014 07:13
​Azərbaycan bank əmanətləri 15% artıb
Bakı. 1 sentyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əhalinin əmanətlərinin həcmi 2014-cü ilin avqustun 1-nə 6,940 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu illik müqayisədə 921 mln. manat və ya 15,3% çoxdur.

Eyni zamanda bu ilin əvvəlindən bank əmanətlərinin həcmi 544 mln. manat və ya 8,5%, iyul ayında isə 219 mln. manat və ya 3,3% artıb.

Qeyd edək ki, bütün ötən il ərzində bank əmanətlərin həcmi 1,283 mlrd. manat və ya 25,1% artıb. Göründüyü kimi, əmanətlərin artım tempi müəyyən dərəcədə azalıb. Təqvim amili nəzərə alanda isə bu azalma daha güclü görünür. Belə ki, ötən ilin avqustun 1-nə olan gösrtərici illik müqayisədə 1,604 mlrd. manat və ya 36,3% artıb. Əmanətlərin artım tempinin azalması əhalinin yığım qabiliyyətinin azalması kimi qiymətləndirmək olar. Belə ki, rəsmi statistikaya əsasən, bu ilin yanvar-iyul ayları üzrə əhalinin nominal gəlirləri illik müqayisədə cəmi 4,7% artıb, əsas istehlak xərcləri isə (malları alınması və xidmətlərin ödənilməsi üzrə) təxminən 8% artıb.  

Son xəbərlər

Orphus sistemi