​Azərbaycan bank sistemi üzrə məcmu kapital 27% artıb

​Azərbaycan bank sistemi üzrə məcmu kapital 27% artıb Onun həcmi 4 mlrd. manata yaxınlaşır
Maliyyə
2 Sentyabr , 2014 05:50
​Azərbaycan bank sistemi üzrə məcmu kapital 27% artıb

Bakı. 2 sentyabr. REPORT.AZ/. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu kapitalının həcmi 2014-cü ilin avqustun 1-nə 3,818 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının hesabatına görə, bu illik müqayisədə 809 mln. manat və ya 26,9% çoxdur.

Eyni zamanda bu ilin əvvəlindən bank sistemi üzrə məcmu kapital 392 mln. manat və ya 11,4%, iyul ayında isə 56 mln. manat və ya 1,5% artıb.

Beləliklə, bank sistemi üzrə məcmu kapitalın ümumi aktivlərə nisbəti avqustun 1-nə 16,4%-ə bərabərdir.

Son xəbərlər

Orphus sistemi