Bakı. 22 fevral. REPORT.AZ/ “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC daşınmaz əmlakın icbari sığortası xidmətinin satınalınması məqsədi ilə kotirovka sorğusu elan edir.
“Report”
Bundan başqa, AzTV əməkdaşların istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası xidmətinin satınalınması məqsədilə də kotirovka sorğusu elan edib. İddiaçılar kotirovka sorğusunda iştirak etmək üçün sənədləri 26 fevral 2019-cu il saat 18:00-a qədər , Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvana təqdim etməlidirlər. İddiaçıların təklifləri 27 fevral 2019-cu il saat 15:00-da Bakı şəhəri, M.Hüseyn küçəsi 1 nömrəli ünvanda xüsusi ayrılmış otaqda açılacaq.