​"Azsığorta"nın yığımları 36%-dən çox azalıb

​"Azsığorta"nın yığımları 36%-dən çox azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
19 İyul , 2016 15:34
​Azsığortanın yığımları 36%-dən çox azalıb

Bakı. 19 iyul. REPORT.AZ/ Bu ilin 1-cu yarısında "Azsığorta" ASC-nin yığımları 10 583 088 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,31% azdır.

Hesabat dövründə "Azsığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 6 ay ərzində 3 372 036 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 9,43% azdır.

2016-cı ilin yanvar-iyununda "Azsığorta" topladığı hər 100 manat sığorta haqqının 31,86 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyununda 22,41% olub.

"Azsığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. 

Son xəbərlər

Orphus sistemi