"Azsığorta"nın yığımları 36% azalıb

"Azsığorta"nın yığımları 36% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
24 Avqust , 2016 12:05
Azsığortanın yığımları 36% azalıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında "Azsığorta" ASC-nin yığımları 12 637 541 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 36,27% azdır.

Hesabat dövründə "Azsığorta"nın ödənişləri də azalıb. Belə ki, Şirkət 7 ay ərzində 3 991 574 manat ödəniş edib və bu, illik müqayisədə 7,75% azdır.

Cari ilin yanvar-iyul aylarında "Azsığorta" topladığı hər 100 manat sığorta haqqının 31,59 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-iyulunda 21,82% olub.

Xatırladaq ki, "Azsığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi