"Azsığorta"nın yığımları 34% azalıb

"Azsığorta"nın yığımları 34% azalıb Hesabat dövründə şirkətin ödənişləri isə artıb
Maliyyə
12 Oktyabr , 2016 17:08
Azsığortanın yığımları 34% azalıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Bu ilin yanvar-sentyabr aylarında "Azsığorta" ASC-nin yığımları 16 280 444 manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,47% azdır.

Hesabat dövründə "Azsığorta"nın ödənişləri isə artıb. Belə ki, Şirkət 9 ay ərzində 5 741 725 manat ödəniş edib. Bu, bir il əvvələ nisbətən 3,24% çoxdur.

Hesabat dövründə "Azsığorta" topladığı hər 100 manat sığorta haqqının 35,27 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin ilk 9 ayında 22,39% olub.

Xatırladaq ki, "Azsığorta" şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi