“Azsığorta”nın yığımları 21% artıb

“Azsığorta”nın yığımları 21% artıb Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Azsığorta” ASC-ni yığımları 1 402 320 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata gö...
Maliyyə
20 Fevral , 2017 14:20
“Azsığorta”nın yığımları 21% artıb

Bakı. 20 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Azsığorta” ASC-ni yığımları 1 402 320 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 20,89% çoxdur.

Hesabat dövründə “Azsığorta”nın ödənişləri də artıb. Belə ki, Şirkət ay ərzində 798 937 manat ödəniş edib. Bu isə 1 il əvvələ nisbətən 41,99% çoxdur.

2017-ci ilin yanvar ayında “Azsığorta” topladığı hər 100 manat sığorta haqqının 56,97 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2016-cı ilin yanvar ayında 48,51% olub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% Hikmət Abuzər oğlu İsmayılova("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı)məxsusdur. 

Son xəbərlər

Orphus sistemi