"Azsığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olunub

"Azsığorta"nın Direktorlar Şurasına yeni sədr təyin olunub Bu vəzifə "Qala Sığorta"nın İdarə Heyətinin sabiq sədrinə həvalə edilib
Maliyyə
30 Dekabr , 2016 16:27
Azsığortanın Direktorlar Şurasına yeni sədr təyin olunub

Bakı. 30 dekabr. REPORT.AZ/ “Azsığorta” ASC-nin Direktorlar Şurasına yeni sədr təyin edilib. “Report”un əldə etdiyi məlumata görə, bu vəzifəyə Viladi Maniyev gətirilib.

O, bundan əvvəl “Qala Sığorta” ASC-nin İdarə Heyətinin sədri olub. V.Maniyev yeni vəzifəsində Aleksandr Kananadzeni əvəz edib.

Qeyd edək ki, A.Kananadze bu ilin sentyabr ayında işdən çıxıb. Onun vəzifəsini müvəqqəti olaraq Tariyel Rüstəmov icra edib.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Şirkətin səhmləri 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur.

Son xəbərlər

Orphus sistemi