​"Azsığorta"nın daxilolmaları 36% azalıb

​"Azsığorta"nın daxilolmaları 36% azalıb Şirkət üzrə ödəniş/yığım nisbəti təxminən 8 faiz bəndi artıb
Maliyyə
22 İyun , 2016 13:06
​Azsığortanın daxilolmaları 36% azalıb

Bakı. 22 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "AzSığorta" ASC-nin yığımları 9 110,343 min manat təşkil edib. Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7% azdır.

Hesabat dövründə "AzSığorta"nın ödənişləri də azalıb. Belə ki, şirkət 5 ay ərzində 2 830,611 min manat ödəniş edib. Bu isə illik müqayisədə 12,1% azdır.

Qeyd edək ki, 2016-cı ilin yanvar-may aylarında "Azsığorta" topladığı hər 100 manat sığorta haqqının 31,1 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-may aylarında isə 22,7% olub.

Son xəbərlər

Orphus sistemi