“Azsığorta”nın aktivləri cüzi azalıb

“Azsığorta”nın aktivləri cüzi azalıb Bakı. 6 aprel. REPORT.AZ/ “Azsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 60,465 mln. manat təşkil edib. “Report” şirkətin mühasibat balansı...
Maliyyə
6 Aprel , 2017 09:00
“Azsığorta”nın aktivləri cüzi azalıb

Bakı. 6 aprel. REPORT.AZ/ “Azsığorta” ASC-nin cəmi aktivləri bu il yanvarın 1-nə 60,465 mln. manat təşkil edib. “Report” şirkətin mühasibat balansına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 0,4% azdır.

2016-cı ildə “Azsığorta”nın uzunmüddətli aktivləri 53,5% artaraq 7,953 mln. manat, qısamüddətli aktivləri isə 5,4% azalaraq 52,512 mln. manat olub.

Hesabat dövründə “Azsığorta”nın cəmi öhdəlikləri 20,4% artaraq 27,026 mln. manat, o cümlədən uzunmüddətli öhdəlikləri 28,6% artaraq 26,547 mln. manat, qısamüddətli öhdəlikləri isə 73,4% azalaraq 478 min manat olub.

Ötən il “Azsığorta”nın cəmi kapitalı isə 12,6% azalaraq 26,547 mln. manata düşüb.

2016-cı ildə “Azsığorta”nın cəmi gəlirləri 28,844 mln. manat (2015-ci ilə nisbətən 28,45% az), cəmi xərcləri 25,97 mln. manat (3,3% çox) təşkil edib. Son nəticədə şirkətin maliyyə mənfəəti 2,874 mln. manat olub. Bu, illik müqayisədə 86,8% azdır.

“Azsığorta” ötən il 575 min manat mənfəət vergisi ödəyib və ili 2,299 mln. manat xalis mənfəətlə başa vurub.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 203 000 manat olan 100 səhm əsasında formalaşıb. Səhmlər 100% Hikmət Abuzər oğlu İsmayılova ("Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı) məxsusdur. 

Son xəbərlər

Orphus sistemi